top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

DEPUTAT SƏS VERƏRKƏN NƏYƏ ƏSASLANMALIDIR

CORC BUŞ

Mənbə: "Məşvərət", N3-4, 1997


Millət vəkili parlamentdə neçə səs verməlidir? O, bilavastə onu seçənlərin iradəsini ifadə etməli, yoxsa sağlam düşüncəyə, ümummilli, yaxud həqqa ümumbəşəri maraqlara əsaslanmalıdır? ABŞ-ın 41-ci prezidenti Corc Buşun "Gələcəyə boylanış"(1989) kitabından seçilmiş aşağıdakı parça bu sorğuya onun cavab variantıdır. Bu hissə (eləcə də bütövlükdə kitabın özü) seçicilərin səslərini toplamağı bu səslərin yiyələrinə hörmətlə qoşa qanad sayan siyasətçilər üçün maraqlı olaçaq.

Səsvermədə qanqaraldıcı hal olmuşdusa da bu hamımızın qara seçiciləri cəlb etmək cəhdlərimizə rəğmən mənim qara seçki dairələrində əldən-ayaqdan düşməyim idi. 1966-cı ildə vacib idi ki (80-cı illərdə də keçmişdəki kimi vacibdir), hələ Linkoln vaxtında yaradılmış Respublikaçılar Partiyası qaraların daha güclü dəstəyini qazansın.

Mənzil işində bərabər vətəndaşlıq hüquqları haqqında qanun layihəsi təmsilçilər palatasına 1968-ci ilin aprelində - ölkə kiçik Martin Lüter Kinqin öldürülməsinin ciddi ağrılarını hələ yaşayarkən təqdim olunmuşdu. Bu, konqresdə olduğum dörd il boyunca səs verməli olduğum qanun layihələri içərisində ən ziddiyyətlisi idi. İnzibati kəməkçim mənim dairəmdən alınan məktubların sayı haqqında hər gün məlumat verirdi. Seçicilərimin böyük əksəriyyəti qanun layihəsinin ƏLEYHİNƏ idi. Mən onun lehinə səs verəndən sonra məktublar xeyli artdı. Özü də, gözlər rməsin. Yalnız mənim deyil, cəməiyyətimin əleyhinə də hədə-qorxular bildirilirdi... Bu, seçicilərlə üzbəüz oturaraq müzakirə edilməli emosional problem idi .

Seçkilərdən bir həftə sonra mənim seçki dairəmin qərb bəlümündə təşkil edilmiş mitinqdə iştirak etmək üçün evə uçdum. Zal ağzınacan dolmuşdu. Məni təqdim edərkən qalxan qəzəbli qışqırıqlar və fit göstərdi ki, içəri qaynar qazandır.

Auditoriya bir qədər sakitləşərkən çıxışımda Edmund Berkin (ingilis siyasətçisidir) azad cəmiyyətdə qanunvericinin vəzifələrinə dair müddəalarını təkrarladım. Berk yazırdı: "Sizin təmsilçiniz sizə yalnız öz işi ilə yox, eləcə də öz mühakiməsi ilə borcludur və o öz düşüncəsini sizin rəyinizə qurban verərsə sizə qulluq etmək əvəzinə sizi satmış olar."

Mən onlara xatırlatdım ki, biz iclas keçirərkən azadlığımızı və yaşayış tərzimizi qorumaq üçün qara amerikalılar Vyetnamda vuruşurdular. Biz ağ amerikalıların istifadə etdiyimiz azadlıqdan özünün necə məhrum edildiyini görmək üçün evinə dönən qara amerikalı Vyetnam veteranı haqtında onlar nə düşünürlər? Nə olursa olsun, ancaq İnsan yalnız və yalnız zənci olduğuna, yaxud Latın Amerikası ləhcəsində danışdığına görə üzünə çırpılan qapının arxasında boynunu bükməməlidir. Mən belə yekunlaşdırdım ki, mənzilə bərabər hüquq haqqında qanun layihəsi ənənələrin və sıxışdırmaların nokauta uğratdığı qaralara və başqa azlıqlara ümid bəxş edir.

Mən qurtardım, sakitləşmiş insanların üzlərini sıra-sıra gözdən keçirdim və təşəkkür etmək üçün yığıncağın sədrinə tərəf çevrildim. Yalnız bu zaman çəpiklər çalındı, getdikcə gurlaşdı və ayaqa qalxmış bütün zalın ümumi alqışına çevrildi. Başlanğıcda yaranmış xoşagəlmöz nə vardısa hamısı aradan getdi və hiss etdim ki, nə isə əlamətdar bir şey baş verib - bu, mitinq iştirakçılarının (hamısında olmasa da) beyinlərində və ürəklərində yaranmış dönüş idi.

Bu gün iyirmi ildən artıq vaxt keçərkən mən səmimiyyətlə boynuma alıram ki, o axşam evə qayıdarkən yaşadığım hiss ictimai həyatımda ondan qabaq və sonra duyduğum heç nə ilə müqayisəyə gəlmir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft