|
İCTİMAİ TELEVİZİYANIN
BRİTANİYA MODELİ:
SEÇKİ KAMPANİYASI NECƏ İŞIQLANDIRILIR ?
İngiltərənin
Lidz Universitetinin radio va televiziyanın ictimai və siyasi aspekti üzrə
mutaxəssisi doktor CEY BLAMLERin məqaləsi əsasında
Mənbə:
"Məşvərət", N5-7,
1997
Seçki və
parlament siyasətində ictimai televiziyanın rolunun Britaniya modelini bir
neçə əsas cəhət səciyyələndirir və bunlar hamısı cəmiyyətə xidmət etmək
məqsədini güdür.
Birinci cəhət -
siyasi prosesin sağlam əsasları və ictimai xarakter daşıyan səhbətlərin
keyfiyyətinə görə məsuliyyət hissi
Ümumi seçkilər
xəbərlər çələngi və yaxud dramatik epizodlar paradı kimi yox, millətin
qarşısında duran həlledici seçim dövrü kimi işıqlandırılır. İctimai
televiziya xndmətləri seçki kampaniyasının yaxınlaşmasını yeniləşdirici bir
hadisə kimi qiymətləndirir və onun fəvqəladəliyi onlara fəvqəladə addımlar
götürmək üçün, bir növ, bəraət qazandırır. Seçki kampaniyasını nə dərəcədə
tam şəkildə işıqlandırmaq məsələsini həll etməklə yanaşı, yayım xidmətləri
proqramlarının yerlərini dəyişir, cədvələ yeni proqramlar saldırır, siyasət
üzrə mütəxəssislərini yeni mövzularla məşğul olmağa ezam edir, xəbərlər
proqramlarının vaxtını uzadır və onların təhlili komponentlərinin
gücləndirilməsi istiqamətində addımlar atırlar. Onlar, bir tərəfdən,
siyasətlə orta səviyyədə maraqlanan adi seçiciyə həddindən artıq güc vermək
istəmir, digər tərəfdən isə, özlərinin seçkiləri tam və ciddi şəkildə
işıqlandırmaq hüququnu təmin etmək istəyir və bu iki niyyət arasında
tarazlıq yaradırlar.
İkinci cəhət -
televiziyada və radioda siyasi reklam yolverilməzdir (Böyük Britaniyada
siyasi reklam Müstəqil yayım haqqında qanun tərəfindən qadağan olunur -
həmin qanun hər hansı siyasi məqsəd daşıyan reklamı qadağan edir); əvəzində
seçki kampaniyası zamanı və ümumiyyətlə, il ərzində siyasi partiyalara
pulsuz efir vaxtı verilir.
Efir vaxtının
müəyyənləpdirilməsini xüsusi komitə həyata keçirir. Həmin komitədə adətən
yayım şirkətlərinin nümayəndələri və parlamentdə təqdim olunan siyasi
partiyaların nümayəndələri iştirak edir. Hökumətdə təqdim olunan və
müxalifətdə olan partiyalar eyni efir vaxtı alırlar. Nümayəndələr
Palatasında yer ala bilməmiş və yaxud, ümumiyyətlə, az səs yığmış azlıq
təşkil edən partiyalara televiziyada bir dəfə çıxış hüququ verilir (o şərtlə
ki, onlar seçkilər zamanı ən azı 50 namizəd irəli sürsünlər).
Üçüncü cəhət -
siyasi rəqabətdə bitərəflik və ədalət standartlarını saxlamaq üçün səmimi
səylər göstərir. Seçkilər zamanı bitərəflik və ədalət tələbi daha da
sərtləşir və bu özünü ən qabarıq şəkildə xəbərlər proqramlarında büruzə
verir. Misal üçün, Bi-Bi-Si şirkəti rəsmi qaydada öz redaktorlarından tələb
edir ki, onlar seçki kampaniyasını işıqlandıraraq, işlərini ədalət
prinsipləri əsasında qursunlar. Ədalətin təmin olunması hətta riyazi şəkildə
(saniyəölçənlə) ölçülür, belə ki, seçki kampaniyasının axırında partiyaların
xəbərlər efirində aldıqları vaxt onlara ayrıca çıxıpşarı üçün verilmiş
vaxtların nisbətilə uyğun olunmalıdır.
Dördünçü cəhət -
Britaniya radio və televiziya sisteminin konstitusyon statusu mürəkkəb və
çoxtərəflidir. Bir tərəfdən, Britaniyanın siyasi mədəniyyətində və kütləvi
informasiya vasitələri mədəniyyətində redaktorların müstəqilliyi prinsipinə
artıq dərəcədə yüksək rəğbət bəslənilir. Digər tərəfdən isə, dövlət
tərəfindən yaradılmış ictimai radio və televiziya xidmətləri təkcə siyasi
məsuliyyət daşımır, onlar habelə müəyyən dərəcədə siyasi asılılığa məruz
qalır. Belə ki, yayım xidmətləri dərk edir ki, onların proqramlarının
gələcək təşkili hökumətin və parlamentin əlindədir. Onlar başa düşür ki,
siyasi dairələrin yaxşı münasibəti onlar üçün həyati əhəmiyyət kəsb edir.
Britaniyanın
ictimai televiziya xidməti modeli problemsiz deyil. O, hərdən həddindən
artıq qərarsız və ehtiyatlı olur, saniyə prinsipi seçki kampaniyasının
xəbərlər proqramında işıqlandırılmasının ədalətli olmasını təmin etmək üçün
həddindən artıq mexaniki bir üsul kimi də özünü göstərə bilər, televiziya
auditoriyası hərdən seçkilər haqqında xəbər və protramlarla həddindən artıq
doyurur və s. Lakin bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, o, siyasi
liderlərə seçicilərilə televiziya vasitəsilə ünsiyyət yaratmağa imkan
yaradır. Onlar bilirlər ki, demək istədiklərinin heç olmazsa müəyyən hissəsi
televiziya vasitəsilə göstəriləcək və göstərildikdə məzmunun bir xəbər kimi
bu anda qiymətli olub-olmaması nəzərə alınmayacaq. Bu, həmin çıxışların
imic-şüar xarakteri yox, daha dərin və perspektivli olması üçün gözəl bir
təkan yaradır. |