top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

SEÇKİLƏRDƏ VASİTƏÇİLİK

Mənbə: "Məşvərət", N12, 1998


Robert A.Pastor ABŞ-ın Emori Universitetində politologiya professorudur. O, Karter Mərkəzində Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə proqramlara rəhbərlik edir. Axır on il ərzində o, Latın Amerikası, Karib hövzəsi, Yaxın Şərq, Afrika və Asiyada 20-dən çox seçki prosesində beynəlxalq monitorinq və vasitəçilik işlərinin təşkilində köməklik göstərib. Aşağıda verilən konspektimizdə biz Pastorun “Journal of Democracy” jurnalında dərc olunmuş demokratiyanı quran ölkələrdə keçirilən seçkilərdə vasitəçilik haqqında fikirlərini nəzərinizə çatdırırıq.

Son iyirmi ildə demokratiya dünyanın 117 ölkəsində yayıldığına görə seçkilərin demokratik prosesdə vacibliyinə dair suallar azalıb. Müəyyən dərəcədə bərqərar olmuş fikir bundan ibarətdir ki, seçkilər demokratiyanın önəmli alətlərindəndir. Çoxları bu fikirdədir ki, demokratiya azad və ədalətli seçkilərdən böyük məna daşıyır, lakin azad və ədalətli seçkilərsiz demokratiyadan danışmaq olmaz.

Hamının razılaşdığı digər fikir isə ondan ibarətdir ki, hər bir demokratiyanın müvəffəqiyyətlə nəticələnməsi əsasən ölkədaxili proseslərdən və qərarlardan asılı olmaqla yanaşı, beynəlxalq icma bu işdə kömək edə bilər və kömək edir də. Beynəlxalq seçki qruplarının oynadığı rolun mahiyyətini başa düşmək üçün beynəlxalq müşahidəçilərin müvəffəqiyyət əldə etdiyi və etmədiyi halları nəzərdən keçirmək lazımdır. Bunu etdikdə gəldiyimiz nəticə belədir ki, beynəlxalq seçki qrupları son on il ərzində çoxlu ölkələrdə həlledici rol oynayıblar.

Müşahidəçilər, monitorlar və vasitəçilər - bunların arasındakı fərq nədir?

Müşahidəçilər seçkilərdən bir-iki gün öncə ölkəyə gəlir və seçkilərdən bir gün sonra ölkəni tərk edirlər. Onların seçki prosesində hansısa sistemli tərzdə iştirak etməsi halları nadirdir.

Monitorlar müşahidəçilərdən daha əhatəli, düşünülmüş və sistemli münasibət yeridirlər. Seçki günündə monitorinq qrupu komandalara bölünüb bütün ölkə ərazisindəki seçki məntəqələrinə baş çəkir. Monitorlar onlarda olan formaları doldurub texniki qüsurların sistem xarakteri daşıyıb-daşımamasını müəyyən edirlər. Seçki günündən sonra qrupun üzvləri görüşüb bir yerdə onlarda olan ayrı-ayrı epizodları müzakirə edərək ümumi bir təsəvvür yaradırlar. Onlar seçkiləri qiymətləndirən qısa ilkin bəyanat verirlər. Qrupun bəzi üzvləri ölkədə qalıb səsvermə nəticəsində üzə çıxan çətinlikləri və etirazları müşahidə edərək bunların əsasında daha tam hesabat hazırlayırlar.

Vasitəçilik səyləri monitorinqi əhatə edir, lakin o daha fəal mövqe deməkdir və məqsədi ölkənin siyasi liderlərinə seçkilərin qaydalarına dair bir-birilə razılığa gəlməkdə kömək etməkdir. Belə səylər 1989-1990-cı illərdə Nikaraquada, 1994-cü ildə Dominikan Respublikasında və 1997-ci ildə Albaniyadakı seçkilərdə həyata keçirilmişdir. Münaqişələri həll etmək üsulu kimi çoxdan istifadə olunan vasitəçilik təmiz və birləşdirici seçkiləri təmin etmək üsulu kimi nisbətən təzə-təzə işlənməyə başlayıb. Müşahidəçilər və monitorinq aparanlar xaricdən gələrək seçki prosesindən kənarda dayanıb öz gəlişi və sualları ilə yerli iştirakçıları qaydalara uyğun fəaliyyət göstərməyə sövq etməyə çalışır. Hərdən bu, doğrudan da, belə olur. Adlı-sanlı bir qrupun iştirakı seçkilərdə dələduzluğun qarşısını alan və yerli əhaliyə seçkilərin önəmliliyini bildirən amil ola bilər. Bu, seçkilərdə iştirakı genişləndirə, habelə seçiciləri səsvermənin gizli olmasına və doğru-düzgün sayılacağına inandıra bilər.

Əksər qeyri-dövlət təşkilatlarının nümayəndələri vasitəçilik edə bilməz, çünki onların üzvlərinin kifayət qədər nüfuzu, etimadı və yaxud yuxarı dairələrlə əlaqəsi yoxdur. Beynəlxalq təşkilatlarda çalışan xadimlərə təmsil etdikləri təşkilatlar tərəfindən ölkənin daxili işlərinə birbaşa müdaxilə etmək qadağan olunur və buna görə əksər hallarda onlar bu rolu oynamaqdan qaçırlar. Karter Şurası, ATƏT və ayrı-ayrı hallarda BMT nümayəndələri kimi vasitəçilərə ekspertlərdən ibarət olan qruplar və vaxt lazımdır ki, ölkədəki siyasi “oyunçular”la münasibət yaradılsın. Onların müvəffəqiyyət qazanmaq qabiliyyəti çox vaxt problemlərin texniki tərəflərini siyasi tərəfdən seçmək qabiliyyətindən asılıdır. Texniki problemlər həll olunduqca siyasi problemlər də azalır.

Bütün seçki məntəqələrində beynəlxalq müşahidəçilərin mövcud olması problemdir. Yerli müşahidəçilər olmasa seçkilər haqqında tam təəssürat yaradıla bilməz. Bununla belə, yerli müşahidəçilər bitərəf deyillər.

Qarşıduran tərəflər bütün seçki məntəqələrində təmsil olunarlarsa beynəlxalq müşahidəçilər həmin məntəqələrə baş çəkib dərhal orada problemlərin olub-olmaması haqqında məlumat ala bilər. Beynəlxalq qurumlar partiyaların nümayəndələri ilə seçkilərə peşəkar səviyyədə müşahidə etmək təlimatını keçdikcə prosesdə tərəflərin bir-birinə etimadı artır.

Prinsipcə, yerli bitərəf monitorinq qruplarının inkişaf etdirilməsi seçkilərin əsaslandığı sivil cəmiyyətin yaradılmasına kömək edə bilər. Gerçəklikdə isə bu belə olmur. Bütün təcrübəmdə mən elə bir bitərəf qrup görməmişəm ki, o, bütün tərəflərin etimadını qazanmış olsun. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin köməyi ilə Milli Demokratiya İnstitutu belə bitərəf qurumların yaradılmasında və işində böyük xidmət göstərib. Bununla belə, qütbləşmiş cəmiyyətdə bitərəf olmaq çox çətindir və çətin ki, belə qruplar seçkilərdə həlledici rol oynasın. Geniş perspektivdə bitərəf müşahidəçilərin inkişafı mədəni cəmiyyətin dərinləşməsinə kömək edə bilər. Lakin partiyalardan olan müşahidəçilərin təlimatlanması daha məqsədəuyğun və ucuz başa gələn addımlardandır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft