top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

SEÇMƏK SEÇİLMƏK PROBLEMİ HAMIMIZ ÜÇÜN NƏ DEMƏKDİR

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N13, 1998


DİLÇİLİKLƏ “VƏTƏNDAŞ CƏMİYYƏTİ”NDƏN ÇIXARILANLAR

Azərbaycan oxucusuna “vətəndaş” sözü çoxdan tanışdır. “Yoldaş” sözündən də gördüyümüz kimi, bizim türkcəmizdə “daş” şəkilçisi birgəliyi bildirir. Deməli, “vətəndaş” insanın vətəni ilə birgəliyini anladır. Birgəlik isə burada vətənin işləri ilə qayğılanmaq, vətən işlərindən özünü qırağa qoymamaq deməkdir.

Bu, vətənlə birgəlik məsələsini daha mənalı anlamağımız üçün latıncanın “respublika” sözü köməyimizə çata bilər. “Res publica” Əski Romada “ictimai iş” anlamını verirdi. Ünlü alman filosofu Martin Haydager isə sözü daha dəqiq açmaq üçün deyirdi: əslində, “Res publica”nın ilkin mənası “hamının qayğılandığı nəsnə” olub. Deməli, “respublika” elə bir dövləti, cəmiyyəti bildirir ki, burada ölkənin problemlərinin qayğısını çəkmək üçün hamıya imkan verilib.

İndi biz başa düşə bilərik, nəyə görə yüzilimizin erkənlərində respublika, cümhuriyyətçilik ideyası belə populyar idi. Respublika elə bir siyasi sistemi nəzərdə tuturdu ki, burada vətəndaşlar səsvermə ilə ölkənin problemlərinin çözülməsində iştirak edirlər. Səsvermə hüququ vətəndaşlara ölkənin problemləri ilə qayğılanmaq imkanı verir. Ərəbcənin “cümhuriyyət” sözü “respublika”nın sinonimi kimi işlənsə də ilkin anlamına görə onunla bir deyil. “Cümhuriyyət” ellikcə, hamılıqca hürr, azad olmağı bildirir. Düzdür, buradakı azadlığı səsvermə hüququ və deməli, sesvermə ilə ölkə problemlərinin həllində iştirak etmək hüququ kimi də anlamaq olar. Onda latın və ərəb terminləri yaxınlaşacaq.

İrəlidə dediyimiz kimi “vətəndaş” kəlməsində vətənlə birgəliyi vətən problemləri ilə qayğılanmaq kimi başa düşmək lazımdır. Sovet dövlətçiliyi Azərbaycan əhalisinin ərsəyə çatmışlarını vətəndaş elan etsə də əslində adamlarda vətəndaşlıq hissini ya dağıtmış, ya da yaratmamışdı.

Vətəndaşlıq fenomeni yalnız demokratik cəmiyyətdə fəallaşıb əsl mənasında üzə çıxır. Çünki demokratiyanın verdiyi azadlıqda adamlar fəal şəkildə vətənin işlərində iştirak edirlər.

SİYASƏTDƏ SEÇKİ MƏSƏLƏSİ NECƏ FƏALLAŞDI

Seçkilərin dünya dövlətlərində rolu nədən ibarətdir?

Bu sualın aydın cavabı var, ancaq təəssüf ki, bizim məmləkətdə sovetlər dövründə tez-tez yetərincə seçkilər keçirilsə də hələ də vətəndaşlarımızın çoxunun şüurunda həmin sual da, onun cavabları da nəsə periferik cümlələrə çevrilib. Seçki mədəniyyəti bu vəziyyəti aradan götürməlidir.

İnsan haqları üzrə ünlü Amerika alimi Luis Henkin “İnsan haqları bu gün” adlanan kitabında yazır ki, konstitsionalizm ideyaları geniş şəkildə məhz XIX-XX yüzillərin qovşağında yayılmağa başlayır. Bu zaman hətta elə bir vəziyyət yaranır ki, Konstitutsiya qəbul etmək çağırışı Rusiya, Avstriya kimi imperiyalarda da tez-tez eşidilməyə başlayır. Ancaq Birinci Dünya Savaşı həmin çağırışın gerçəkləşməsinə əngəl olur. Müharibə bitdikdən sonra isə nümayəndəli dövlət və seçki hüququ getdikcə geridə qalmış ölkələrdə də yayılmağa başlayır. Hətta diktatorlar da bu sistemi qəbul edirlər, hərçənd seçkilərin necəliyi, nümayəndəliyin necəliyi ölkədən-ölkəyə dəyişir.

XX yüzildə seçki və seçilmə haqqı yalançı formalarda olsa belə, bir çox dövlətlər tərəfindən qəbul edilir. Beləliklə, dünya diktatorlarının çoxu anlamış olur ki, “yaxşı eləyirəm” ədası ilə dövlətin başında durmaq nəsə atavizmdir. Dövlətin başında durmaq üçün ona seçki sistemindən istifadə etmək lazımdır ki, ölkənin hakimiyyət zirvəsini ələ keçirmiş qəsbçiyə oxşamasın və yeri gələndə “məni xalq seçib, ona görə də xalqın adından danışıb xalqın adından edə bilərəm” deməyə heç olmasa, formal bəhanəsi olsun. Bu diktatorların və totalitar rejimlərin XX əsrdə keçirdiyi seçkilər feodalizm çağlarına baxanda bir addım qabağa olsa da, əslində gerçək seçkilərə karikaturalar idi. Sovetlərdə seçki gülünclüyü hamımızın yaxşı yadındadır.

BİR AZ DA SEÇKİ FƏLSƏFƏSİNDƏN

Bu yerdə sonrakı söhbət qatına keçid üçün seçkilərlə bağlı bəzi ifadəli sözləri oxucularımıza çatdıraq.

Belə bir kinayəli aforizm var: “Bir namizəddən birini seçmək ən müşkül məsələdir”. Doğrudan da, seçki alternativlərdən birini seçməkdir, əgər alternativ yoxdursa, seçki faktı da xeyli mənasızlaşır.

Bəs alternativlik nədir? Alternativlik eyni yerlə, eyni problemlə bağlı qarşı-qarşıya duranların olmasıdır. Belə qarşıdurmanın marksist dialektikada ünlü açımı vardı ki, ziddiyyətlər mütləq inkişaf törədir. Bu fikir elə də doğru deyil. Çünki dağıdan ziddiyyətlər dünyada daha çoxdur. Necə ki, başqa aforizmə görə, bütün mübahisələr həqiqət törətmir, tərsinə, həqiqəti öldürən, məhv edən mübahisələr dünyada daha çox olur.

Ancaq marksist dialektikanın dediyimiz düsturunu toplumla bağlı başqa şəkildə işlətsək, doğruya daha yaxın durmaq olar. Bunun üçün belə deməliyik: siyasi qüvvələrin, dövlətin, parlamentin önəmli vəzifəsi ziddiyyətləri elə fırlatmaq, elə rejimə salmaqdır ki, nəticədə onlar dağıtmasınlar, inkişafa xidmət etsinlər.

Bax, Azərbaycan kimi məmləkətlərdə, həm parlament, həm icra hakimiyyəti qatında ən ciddi çatışmazlıqlardan biri odur ki, ziddiyyətləri inkişaf amilinə çevirən nə şəxsiyyətlər, dəstələr yetərincədir, nə də bu işin baş tutmasına gərəkli olan instituallaşma var (yada salaq ki, konfliktləri barışla çözmək məsələsinə xidmət edən infrastrukturların Qərbdə bol olması dediyimiz problemin öhdəsindən gəlmək işinə çoxlu qüvvələri toplamaq üçündür).

Ünlü İsveçrə psixoloqu K. Yunq ziddiyyətlərin önəmini başqa tipli ifadəli deyimlə açırdı. O deyirdi: zidd tərəflərin gərginliyi yoxdursa, enerji də yoxdur. Buradan bizim üçün çıxan sonuc: ölkədə seçkilərdə çılpaqlaşan zidd tərəflər ölkənin içində güclü enerji dağarcığı olur. Bu enerjinin, sözsüz, öz qorxuluqları olur. Ancaq hər halda enerjisiz, lalıxlamış,

lırt ölkədənsə enerjili ölkənin daha çox yaradıcı potensialı var. Sadəcə, bu potensialın dağıdıcı perspektivini daraltmaq üçün çoxlu işlər görülməlidir. Prezident Con Kennedi, indi gətirəcəyimiz kəlmələrindən göründüyü kimi, vətəndaşların maariflənmiş, məlumatlı seçici olmasını bu perspektivi daraldan amillərdən önəmlisi sayırdı. O deyirdi: demokratik toplumda bir nəfər seçicinin belə məsələlərdən xəbərsiz qalıb seçim etməsi hamının təhlükəsizliyinə ziyan vurur.

Demokratiyada seçki, sözsüz, saysız əsaslandırmaların, açımların hədəfidir. Ancaq, fikrimizcə, bizim məqalədə gətirdiklərmizin də öz naxışı var.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft