top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 07 - Üçüncü sektor (us)

QRANTLAR BÜQÜN DƏRDLƏRİN DƏRMANI DEYİL,
ancaq onlar Azərbaycanda demokratik inkişafı, iqtisadi islahatları, vətəndaş cəmiyyətinin formalaşması prosesini sürətləndirə bilər

ARİF ƏLİYEV
«Yeni Nəsil» Jurnapistlər Birliyinin sədri

Mənbə: "Məşvərət", N1-2, 1997


Vətəndaş cəmiyyətinin özəkləri olan gəlirsiz ictimai təşkilatların ən böyük problemi maliyyə çatışmazlığıdır. Xarici ölkələrdə bu problemin həlli üçün xüsusi fondlar yaradılır, dövlət proqramları həyata keçirilir. Azərbaycanda indiki şəraitdə dövlətin, təbii ki, belə imkanı yoxdur. Lakin bir sıra səbəblər var ki, məhz bu məqsədlə -demokratiyanın, siyasi və iqtisadi plüralizmin inkişafına, ictimai təşkilatların möhkəmlənməsinə kömək göstərmək üçün yaradılmış beynəlxalq təşkilatların Azərbaycana yardım imkanlarını minimuma endirir. Bu səbəblərdən ən mühümləri qanunvericilikdə bopşuq və vergi dərəcələrinin həddən artıq yüksək olmasıdır.

"Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin sifarişi ilə Milli Məclisin üzvü Nazim İmanov və "Ağayev, Şukin və Zülfüqarzadə” firması tərəfindən hazırlanıb parlamentə təqdim olunmuş "Qrant haqqında” qanun layihəsi də məhz mövcud sədlərin aradan qaldırılması məqsədi güdür. İlk baxışdan problem bir çoxlarına kvçik görünə bilər. Odur ki, müəyyən izahlar verməyi vacib sayırıq.

1. Söhbət Azərbaycana, cəmiyyətin inkişafına, elm, mədəniyyət, səhiyyə, ekologiya, informasiya və s. sahələrdəki ağır problemlərin həllinə yönəldilə bilən milyonlarla dollar təmənnasız yardımdan gedir. Bu "çay" daha çox öz günahlarımız üzündən bizdən yan keçib, qonşu dövlətlərə axır. Məsələn, Gürcüstanda qrant haqqında qanun qəbul edildikdən sonra bu ölkəyə yardımlar iki dəfə artıb. Bu gün təkcə "Avrasiya" fondu Gürcüstana və Ermənistana ildə bir milyon dollara yaxın yardım göstərir. Azərbaycana isə 10 ay ərzində cəmi 45 min dollar vəsait ayrılmışdır.

2. Azərbaycanda qrantlar bütün vergilərlə, hətta ƏDV (qrantın də əlavə dəyəri olar?) ilə yüklənib. Nəticədə qeyri-dövlət təşkilatlarının qəpiyinədək ictimai əhəmiyyətli problemin həllinə xərcləmək, gəlirsiz layihələri həyata keçirmək üçün əldə etdiyi vəsaitin 40 faizə qədəri dövlət tərəfindən onun əlindən alınır. Maraqlıdır ki, çoxu istəyən hökumət nəticədə azdan da qalır. Gürcüstan və Ermənistanda qrantlar bütün vergilərdən azaddır. Bununla belə, bu ölkələrdə dövlətin təkcə qrant iştirakçılarının əmək haqqından tutduğu vergilər Azərbaycana ayrılmış qrantların ümumi məbləğindən çoxdur!

3. Qrant haqqanda qanunun qəbul edilməsi, onların vergilərdən azad olunması dövlət əhəmiyyətli bir sıra məsələlərin həllini də tezləşdirərdi. Ötən il qaçqınlar üçün evlər tikmək məqsədi ilə Azərbaycanda işləyən fondlardan biri hər tikilmiş evin dəyərinin 20%-i həcmində əlavə dəyər vergisi ödəməsi tələb edildikdən sonra o, işləri dayandırmağa məcbur olmuşdu. Digər tərəfdən isə, axı dövlət, onun strukturlarının özləri də bu və ya digər gəlirsiz, hətqa əksinə, böyük xərc tələb edən vacib layihələr üçün də (ekologiya, informatika, təhsil və s. sahələrdə) qrantlar ala bilər.

Bu incəlikləri açıqlamaqla çox istərdik ki, qanun layihəsinin taleyini həll edərkən millət vəkilləri həmin amilləri nəzərə alsınlar. Tutaq ki, 907-ci düzəlişi ləğv etdirməyə gücümüz çatmır; bu problemin həlli ki, öz əlimizdədir.

P.S. Hələlik isə... Bu günlərda qrant üçün müraciət edənlərdən daha biri öz donorunun qrantlara çox yüksək vergi dərəcələri tətbiq edən Azərbaycanın rezidentləri ilə əməkdaşlığı dayandırmaq qərarına gəldiyi haqda məktub alıb.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft