|
SIPE
NƏDİR ?
Mənbə:
"Məşvərət", N3-4,
1997
Bülletenin ilk iki buraxılışı həm bülletendəki mövzular üzrə öz bilgilərini
artırmaq istəyən, həm də bülletenin bilavasitə nəzərdə tutulmuş oxucuları
arasında maraq oyatmışdır. Oxucular tərəfindən verilən sualların bəzilərində
bu proyekti dəstəkləyən təşkilat haqtında məlumat almaq istəyəni nəzərə
alaraq, məmnuniyyətlə Beynəlxalq Xüsusi Sahibkarlıq Mərkəzi - (SIPE)
haqqında sizə məlumat veririk.
Beynəlxalq Sahibkarlıq Mərkəzi - ABŞ ticarət
palatasının üzvü olmaqla, qeyri-kommersiya ictimai təşkilatıdır. Mərkəz,
1983-cü ildə Demokratiya üçün Milli Fond Proqramı üzrə işküzar dairələrin
nümayəndəliyi kimi ABŞ Konqresi tərəfindən təyin olunmuş və ona müxtəlif
təşkilatlarda xüsusi sahibkarlıq siyasəti və prinsiplərinin həyata
keçirilməsi üzrə səlahiyyət verilmişdir. 1983-cü ildən başlayaraq mərkəz 40
ölkədə 200-ə yaxın proyekti qrant və texniki yardımlarla təmin etmişdir. Həm
xüsusi sahibkarlığın fəaliyyət dairəsinin genişlənməsinə, həm də
demokratiyanın inkişafında xidmətləri olan təşkilatlara yardım göstərilməsi
mərkəzin ümumi məqsədi hesab olunur. Demokratiya - cəmiyyətin şəxsi azadlıq,
təşəbbüs, maraq, məsuliyyət və könüllü iştirak prinsipləri əsasında təşəkkül
tapmasını tələb edir. Xüsusi sahibkarlıq sistemləri də məhz bu cür baxıpşar
əsasında inkişafı əsas götürməklə, həm də bu cür baxışların həyata
keçirilməsini dəstəkləyir. Demokratiya və xüsusi sahibkarlıq dəyərlərinə
sadiq təşkilatlar yaratmaqla və müdafiə etməklə, mərkəz, demokratik
ənənələrin təşəkkül tapmasına, inkişafına və dəstəklənməsinə ciddi yardım
göstərir. Yuxarıda qeyd olunan məqsədləri həyata keçirmək üçün mərkəz
aşağıdakı tapşırıqları müəyyən etmişdir:
• Hökumət liderləri və həm də
ümumən cəmiyyətda bazar iqtisadiyyatı və xüsusi sahibkarlıqa olan marağı
dəstəkləmək;
• Demokratik
proseslərdə biznesin inkişafına yardım;
• İnkişaf
etməkdə olan ölkələrdə istedadlı biznesmenlər üçün bazaların
genişləndirilməsi ;
• Azad iqtisadi
sistemə keçid və özəlləşdirməyə marağın aktivləşdirilməsi;
• İqqisadi
artımda sahibkarın rolunun cəmiyyətdə başa düşülməsini yaxşılaşdırmaq.
Bu tapşırıqları
yerinə yetirərək mərkəz müxtəlif proqramları həyata keçirir.
Vu proqramlar
iqtisadi analiz; biznes və iqtisadiyyat sahəsində təhsil; Latın Amerikası və
Cənubi Asiya ölkələrində biznes sahəsiidə assosiasiyaların inkişafı.
Axır illərdə
Şərqi Avropa və keçmiş SSRİ-dən olan müstəqil dövlətlərə yardım göstərilməsi
mərkəzin fəaliyyətində əsas yer tutur. |