|
TİCARƏT PALATALARI
MARKUS
PİLİQRİM
SEQUA, Bonn, şöbədirektoru
RALF MEYER
ZDH/Technonet Asia Partnership Programme, proqram icraçısı
Mənbə:
"Məşvərət", N26,
2000
Ticarət-sənaye palatalarına həsr edilmiş və keçən sayımızda
çapa başladığımız məqalələr silsiləsinin davamı olaraq aşağıda oxucularımıza
yeni material təqdim edirik. Bu materiallar əsasında 1999-cu il dekabrın
5-dən 10-dək Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CIPE) rəhbərliyi ilə
Qazaxıstanın Almatı şəhərində “Qazaxıstanda Biznes Assosiasiyaların idarə
edilməsi” mövzusunda keçirilən tədris seminarlarında məruzələr oxunulmuşdur.
Fikrimizcə bu materialdakı bir çox məlumatlar yeni müvafiq qanunun
hazırlanmasında faydalı olacaqlar.
1. Palataların inkişaf mənbələri
1.1. Palataların tərifi
Üzvlüyün çoxsektorlu təşkili
Palatalar bir neçə üzvün, ticarət, istehsal və xidmətlər ilə
məşğul olan müəssisə və ayrı-ayrı vətəndaşlardan ibarət olan işgüzar
birliklərin təşkilatlarıdır. Onların ümumi məqsədi biznesi müdafiə etmək və
ona yardım göstərməkdir. Onlar bir tərəfdən öz üzvlərinə yardım və digər
tərəfdən məsləhətlərin verilməsini və biznes üçün daha da əlverişli şəraitin
yaradılması üzrə hökumətə təzyiq göstərilməsini təmin edən həm xidmətçi və
həm də təmsilçi təşkilatlardır.
Ümumi xüsusiyyətlər
Palataların hamısının bir sıra ümumi xüsusiyyətləri var.
Birincisi, onlar gəlirsiz təşkilatlardır. İkincisi, onlar özünüidarəedəndir,
yəni palatanın siyasətini üzvlər istiqamətləndirir. Nəhayət, palatalar
müəyyən rayon (məsələn, şəhər, rayon, vilayət) hüdudlarında müxtəlif
iqtisadi sektorları təmsil edərək ərazi mənsubiyyətinə görə təşkil olunub.
Palatalarla birliklər, həmçinin işverənlər təşkilatları
arasındakı fərq
Palatalar ilə işgüzar təşkilatların iki ümumi forması:
kommersiya birlikləri və işverənlər təşkilatları arasındakı fərqlər
göstərildikdə tərif daha da aydınlaşar. Palataların çoxsektorlu təşkilatlar
olmasına baxmayaraq kommersiya və sənaye təşkilatları sənayenin ayrı-ayrı
növlərini təmsil edən sahəvi təşkilatlar kimi daha yekcins üzvlüyə malikdir.
Palataların və kommersiya birliklərinin əksinə olaraq, işverənlər
assosiasiyaları əmək və sosial-siyasi məsələlərlə məhdudlaşan nisbətən dar
mərkəzi vəzifəyə malikdir.
1.2. Palataların qısa tarixi
Palataların mənşəyi: orta əsr sexləri
Palataların əsasən tarixi iki kökü var: orta əsr Avropa
korporasiyaları və tacir gildiyaları (ittifaqları) müasir palataların ən
qədim sələfləridir. Bunlar öz ticarətlərinin qorunması və tənzimlənməsi üçün
tacirlər tərəfindən təşkil edilən və idarə olunan, ancaq öz qüvvələrinə
arxalanan təşkilatlar idilər. Onlar milli özülə əsaslanmırdılar, fəqət əsas
ticarət mərkəzlərində cəmləşirdilər. Tacir gildiyaları mal mübadiləsini
təşkil, çəki və ölçülərə nəzarət, arbitraj şuralarına rəhbərlik, liman və
bazarları idarə edirdilər. Fransa inqilabından sonra müasir milli
dövlətlərin meydana çıxması ilə şəhərlərin və tacirlərin hakimiyyəti süqut
etdi. Çünki dövlət üsul-idarəsi iqtisadiyyatı dövlət səviyyəsində təşkil
etməyə və tənzimləməyə başladı. Fransa və İngiltərə müvafiq olaraq 1791-ci
il Loi Le Chapelier və 1799-cu il General Combination Act qanunları ilə
gildiyaları ləğv etdilər. Digər ölkələrdə isə ticarət azadlığı yeridildikcə
onların nüfuzu aşağı enmişdir.
Palataların mənşəyi: Fransa “ticarət palataları”
Palataların müasir forması Napoleon dövründə Fransada dövlət
səviyyəsində yaradılmış “ticarət palataları” adlananlara aid olunur. 1802-ci
ildən 1804-cü ilədək olan dövrdə Fransa ərazisində 176 palata təsis
edilmişdir. Palata haqqındakı qanun sahibkarların hamısının müvafiq
palatalara mənsub olmalarını müəyyənləşdirib. Daha sonra qanun hər bir şəhər
və ya rayonda ancaq bir rəsmi tanınmış palatanın mövcudluğuna yol verməklə
həmin palatanın nüfuz dairəsini tənzimləyirdi. İlk zamanlarda bu palatalar
əksərən dövlət idarəçiliyinin məsləhət orqanları idi. İşgüzar qurumların
iqtisadi qanunvericiliyə, tariflərə və biznesə yardımın edilməsinə dair rəy
və təkliflərinin yığılıb, cəmləşdirilib hökumətə təhvil verilməsi onların
əsas vəzifələriydi. Palatalar eləcə də ticarət və sənaye üzrə statistik
məlumatı toplayıb təqdim etməliydi. Napoleon palataları özüidarəolunan və öz
büdcələri olan deyildi. Bunun əvəzinə, onlar şəhər məmuru tərəfindən idarə
olunurdular və onlara yarımdövlət orqanları kimi baxmaq olardı.
Kontinental modelin əmələ gəlməsi
Fransız modeli icbari üzvlük və palatalar haqqındakı xüsusi
qanun ilə fərqlənir, bu qanun onların status və vəzifələrini müəyyən edir.
O, 19-cu əsrin sonunu və 20-ci əsrin əvvəlini əhatə edən müddətdə Almaniya,
İtaliya, Avstriya, Niderland və İspaniya da daxil olmaqla kotinental
Avropada bir neçə dövlət tərəfindən qəbul edilmişdi. Buna görə bir çox
hallarda palatalar sistemlərinə dövlət qanunu çərçivəsində “kontinental”
modellər kimi baxılır. Bu sistem həm də fransız müstəmləkələrinin əksərində
tətbiq edilmişdi.
Anqlo-sakson modelinin əmələ gəlməsi
Böyük Britaniyada digər palatalar sistemi meydana çıxmışdı.
Britaniya iqtisadi siyasətinin liberal ənənələrinə riayət edərək dövlət
hakimiyyət orqanları palataların işinə çox az müdaxilə edirdi, bu isə
işgüzar qurumun özünüidarəsi üçün əlverişli şərait yaradırdı. Bunun
nəticəsində də Böyük Britaniyada qanunlarla idarə olunan palatalar mövcud
deyildi. Əksinə, palatalar ya işgüzar registrdə, ya da ki, birliyin
registrində qeydiyyatda olmağı tələb edən özəl hüquq çərçivəsində təşkil
edilmişdi. Üzvlük könüllüydü, nüfuz dairəsi tənzimlənmirdi, palataların
vəzifələri isə qanunla müəyyən edilmirdi. Çox zaman anqlo-sakson və ya
amerikan modeli kimi tanınan bu palatalar sisteminin beynəlxalq əhəmiyyəti
qismən onun Britaniya müstəmləkələrindəki tətbiqindən irəli gəlir.
Kontinental və anqlo-sakson modelləri palataların inkişafında iki əks qütbü
təmsil edir. Əksər dövlətlərdəki palatalar sistemlərini bu iki palatadan
biri kimi təsnifləşdirmək olar.
Kontinental model
|
Anqlo-sakson
model |
Qarışıq model |
|
Afrika:
Əlcəzair
Fil sümüyü sahili
Cibuti
Misir
Eritreya
Mərakeş
Seneqal
Tunis |
Afrika:
Qana
Mozambik
Namibiya*
Syerra-Leone
Cənubi Afrika
Zimbabve
|
|
|
Avropa:
Avstriya
Fransa
Almaniya
Macarıstan
İtaliya
Niderland
Slovakiya
Sloveniya
İspaniya |
Avropa:
Çex Respublikası
Danimarka
Estoniya
İrlandiya
Litva
Norveç
Polşa**
İsveç
İsveçrə
Böyük Britaniya |
|
|
|
ŞimaliAmerika:
Kanada
ABŞ |
|
|
|
Latın Amerikası:
Argentina
Çili
Yamayka
Peru
Venesuela |
Latın Amerikası:
Braziliya***
Meksika*** |
|
|
Asiya və Avstraliya:
Avstraliya
Hindistan
Nepal
Yeni Zelandiya
Filippin
Sinqapur
Şri-Lanka |
Asiya:
Yaponiya
Tailand |
Lakin
bir neçə ölkə var ki, onların palatalar sistemi bu iki modelin
xüsusiyyətlərini özündə birləşdirir. Bu çarpazlaşmış modellərə “qarışıq
sistemlər”2 kimi
baxılacaq.
2.
Müxtəlif palata sistemlərinin hüquqi quruluşu
Bu
bölmədə kontinental və anqlo-sakson modellərinin hüquqi xassələri təsvir
olunur.
2.1 Kontinental
model
İctimai hüquq
statusu
Kontinental modelə uyğun olaraq palatalar milli qanunvericilik özülündə
yaradılır. Palatalar haqqındakı qanun palataların yaradılmasını ictimai
hüquq çərçivəsində korporasiyalar kimi təsvir edir. Bu hüquqi status
hökumətə, adətən dövlət orqanlarına məxsus olan müəyyən funksiyaların (məs.,
təhsil, ekspertiza, biznesin qeydiyyatı) palataya ötürülməsi imkanını verir.
İcbari üzvlük
İctimai
hüquq statusu üzvlüyün icbari olmasına qərar vermir. Lakin kontinental model
çərçivəsində palatalar haqqındakı qanun palataya aid olan ərazidə
sahibkarlıqla məşğul olan bütün şəxslərə və biznesə rəhbərlik hüququ olan
hüquqi subyektlər üçün üzvlüyün icbari olmasına qərar verir. İcbari üzvlük
yerli palataya üzvlük haqqının müntəzəm və mütləq ödənilməsini nəzərdə
tutur.
Adətən
icbari üzvlüyün qəbul edilməsi üçün üç səbəb göstərilir. Birincisi, icbari
üzlük palataların bütün sektorlar, ölçülər və qanuni formalar üzrə olan
müəssisələri təmsil edəcəklərinə zəmanət verir. İkincisi, icbari üzvlük
bütün müəssisələrin maliyyə payı verəcəklərinə və bununla da azad axtarışdan
xilas olacaqlarına təminat verir. Nəhayət, icbari üzvlük gəlirin geniş və
sabit mənbəyinin olacağına təminat verir.
Hökumətlə
məsləhət statusu
Kontinental model çərçivəsində qanun üzrə hökumətlər hüquqi və iqtisadi
məsələlərin həllindən əvvəl palatalar ilə məsləhətləşməlidir. Bu kontekstdə
palatalar parlament iclaslarına və ictimai komissiyalara nümayəndələr
göndərir. Modelə uyğun olaraq qaydalar, siyasi strateqlərin ekspertizaya
biznes sektorunu cəlb edəcəklərinə istiqamətlənmişlər.
Tənzimlənmiş
regional fəaliyyət sahəsi
Kontinental modelin digər hüquqi xassəsi hər bir böyük şəhər və ya rayonda
bir (və ya ancaq bir) palatanın mövcud olmasına zəmanət verən regional
fəaliyyət sahəsi qaydasıdır.
İctimai
vəzifələrin ötürülməsi
Palataların onlar haqqındakı qanunla təyin edilmiş müəyyən vəzifələri icra
etmək öhdəlikləri kontinental model üçün bənzərsizdir. Bu saziş çərçivəsində
palataların işgüzar qurumla sıx əlaqələri sayəsində hökumət bir sıra ictimai
vəzifələri onlara ötürür. Əlavə olaraq, palatalar onların nizamnamədə
nəzərdə tutulmuş mərkəzi vəzifələrinin çərçivəsində olan muxtar vəzifələrin
(üzvlüyün saxlanılması) icrasını təmin edə bilər. Fəqət belə xidmətlərin
icrası qanunla tələb edilmir.
Dövlət nəzarəti
Baxmayaraq ki, kontinental model yuxarıda göstərilmiş imtiyaz və haqlara
ictimai hüquq çərçivəsində zəmanət verir, o həm də palataların fəaliyyəti
üzərində dövlət hakimiyyətinin xüsusi nəzarətini də nəzərdə tutur.
Palatalara icbari üzvlüyün yeridilməsinə icazə verməklə və ya funksiyaların
ötürülməsinə yol verməklə yanaşı, hökumət palata üzvlərinin istismara məruz
qalmayacağına və ictimai marağın palatalar tərəfindən pozulmayacağına
zəmanət verməyə səy göstərir.
Nəticə olaraq,
kontinental model altı əsas xüsusiyyəti ilə səciyyələnir:
-
xüsusi
qanunvericilik palataları idarə edir (ictimai hüquq statusu);
-
qanun
icbari üzvlük tələb edir;
-
palatalar hökumət ilə formal məsləhət statusuna malikdir;
-
hər bir palataya qanun ilə müəyyən edilmiş ərazi ayrılır;
-
palatalar hökumətin verdiyi vəzifələri qəbul etməlidir;
-
palatalar dövlətin nəzarətindədir.
2.2. Anqlo-sakson modeli
Özəl hüquq statusu
Anqlo-sakson modelinə uyğun olaraq, palataların fəaliyyətini
tənzimləyən xüsusi qanunvericilik mövcud deyil. Palatalar qeydiyyatda
olduqları yerlərin qanunlarına riayət etməlidir. Palatalara anqlo-sakson
modelinə uyğun olaraq, həm də özəl hüquq palataları kimi baxılır.
Könüllü üzvlük
Kontinental modeldən fərqli olaraq anqlo-sakson modelinə
uyğun palatada üzvlük könüllüdür. Bir nəticə olaraq, üzvlük bazası adətən
azsaylıdır və yerləşdiyi rayondakı bütün müəssisələri əhatəsinə alması vacib
deyildir. Lakin hüquqi cəhətdən müəyyən edilmədiyinə görə üzvlük bazası
ticarət, sənaye, kənd təsərrüfatı, xidmətlər, bank işi, sığorta və vəkillər,
mühasiblər, məsləhətçilər kimi mütəxəssislərin xidmətləri daxil olmaqla bir
çox müxtəlif sektoru əhatə edə bilər. İcbari üzvlüksüz üzvlük haqlarından
gəlirə zəmanət verilmir. Buna görə də anqlo-sakson modelinə uyğun olan
palatalar adətən öz xidmətlərinin marketinqinə xüsusi əhəmiyyət verir və
üzvlük ehtiyaclarına cavabdehdir.
Birliklərin azadlığı
Anqlo-sakson modelinə uyğun olaraq palatalar rəqabət
mühitində yaşayır. “Palata” tərifinin hüquqi müdafiəsi olmadığı və onun
bölgə ərazisi tənzimlənmədiyi üçün hər kəs palata təsis edə bilər. Nəticədə
üzvlük uğrunda rəqabətdə olan bir neçə palata mövcuddur və göstərilən
ərazidə işgüzar birliyi təmsil edən palata yoxdur.
Ötürüləcək vəzifələrin yoxluğu
Anqlo-sakson modelinin digər mühüm xüsusiyyəti palatanın
fəaliyyət dairəsinin tənzimlənməməsidir. Palataları idarə edən xüsusi
qanunvericiliyin olmadığı üçün bu təşkilatlar dövlətin onlara verdiyi
vəzifələri icra etməməlidir. Əhəmiyyətin daha çox lobbizmə, yaxud bilavasitə
xidmətlərin onun üzvlərinə təqdim edilməsinə vermək qərarını hər bir palata
azad seçir.
Nəticədə anqlo-sakson modelin dörd əsas xüsusiyyətini
müəyyənləşdirmək olar:
-
palataların təsisini və onlara rəhbərliyi tənzimləyən
xüsusi qanunun yoxluğu (özəl hüquq statusu);
-
palataya könüllü üzvlük;
-
hər kəs palata təsisində azaddır;
-
hökumətdən ötürülən vəzifələrin icrası palatalardan tələb
olunmur.
2.3. Qarışıq sistemlər
Yeni təsis elementlərinin yoxluğu
Elə palata sistemləri mövcuddur ki, kontinental, yaxud
anqlo-sakson modellərinin yuxarıda göstərilən xassələrinə uyğun olmadıqları
üçün onlara həmin modellər kimi baxıla bilməz. Bu palata sistemləri bir
modeli özül kimi götürüb, sonra isə digər modelin elementlərini daxil edərək
yeni hibrid yaradırlar. Bu palata sistemləri qarışıq sistem kimi təyin
edilir.
3. Ölkələrin nümünələri: palataların rolu və təşkili
3-cü bölmədə palatalər sistemlərinin hüquqi quruluşu təsvir
edilib. 4-cü bölmədə üç müxtəlif sistem çərçivəsində palataların necə
işləməsi, üzvlük, regional quruluş, daxili quruluş, maliyyə mənbələri və
fəaliyyət dairəsi də daxil olmaqla palataların idarə edilməsinin və
təşkilinin mühüm aspektlərinin necə əhatə olunması barədə konkret məlumat
veriləcək. Almaniya və Fransaya kontinental modelə, ABŞ və Filippinə
anqlo-sakson modelinə, Yaponiya və Tailanda qarışıq sitemlərə nümunə kimi
baxılıb.
3.1. Üzvlük, regional quruluş və palataların nisbi
əhəmiyyəti
Palatalar “üzvlü təşkilatlar” kimi müəyyən edildiklərinə görə
onların quvvəsi və gücü onların üzvlük bazalarından asılıdır. Palataların
iqtisadi və siyasi gücləri bilavasitə üzvlərin sayı və onların palataların
fəaliyyətini dəstəkləmək hazırlığı ilə bağlıdır.
3.1.1. Kontinental model
a) Almaniya
Üzvlüyün təyini
Almaniyanın ticarət-sənaye palatalarında üzvlük sahibkarlıqla
məşğul olan bütün şəxslər, sahibkarlarlar, sənaye və ticarət müəssisələri də
daxil olmaqla biznesi həyata keçirən bütün hüquqi şəxslər üçün məcburidir.
Kənd təsərrüfatı, kiçik biznes və vəkillər, həkimlər, memarlar kimi
mütəxəssislər üçün mütləq ayrıca palatalar mövcuddur.
Regional quruluş
Almaniyada hər biri hökumətin müəyyən etdiyi rayonu əhatə
edən 83 ticarət-sənaye palatası vardır. Almaniya ticarət-sənaye palatasının
orta hesabla 30.000 üzvü vardır. Ən kiçik palatanın 4.200 üzvü var. Ən böyük
palatanın (Münhen Ticarət-Sənaye Palatası) 220.000 üzvü var. Palataların ali
orqanı Almaniyanın 83 palatasını və təqribən 2,6 milyon şirkəti təmsil edən
Almaniya Ticarət-Sənaye Palatalarının Assosiasiyasıdır (DIHT). Bu ali orqan
regional palatalardan fərqli olaraq könüllü təşkilatdır və ictimai hüquq
statusuna malik deyil.
Digər işgüzar təşkilatlar
Almaniya palataları icbari üzvlük təşkilatı olsa da
Almaniyada işgüzar təşkilatların digər iki mühüm forması mövcuddur: 1)
işəgötürənlər təşkilatları və 2) ticarət birlikləri. Həm də hər iki bu tipli
təşkilatlar könüllü üzvlük əsasında qurulub. Birincisi, Almaniyada
müəssisələrin təqribən 80%-ni əhatə edən təqribən 800 regional və sahəvi
işəgötürənlər təşkilatı mövcuddur. Almaniya İşəgötürənlər Birlikləri
Konfederasiyası (BDA) onların ali orqanıdır. İşəgötürənlər təşkilatlarının
əmək münasibətlərində cəmlənmiş çox məhdud fəaliyyət sahələri vardır.
Həmkarlar ittifaqları ilə əmək haqqı və digər əmək məsələləri üzrə kollektiv
sazişlərin bağlanması onların əsas vəzifələridir. İkincisi, Almaniya Sənaye
Konfederasiyası (BDI) ən mühüm sənaye birliyidir. Onun ali orqanı sənaye
sektorundakı 450 peşəkar birliyi təmsil edən 34 peşəkar konfederasiyadan
ibarətdir. Beləliklə, BDI təqribən 100.000 üzvü olan müəssisəni dolayısı ilə
təmsil edir. Almaniya palataları ilə müqayisədə BDI və onun üzvü olan
birliklər öz fəaliyyətlərini təbliğat üzərində cəmləşdirir. Palatalar ilə
müqayisədə xidmətlər diapazonu xeyli məhduddur və sənaye sektoruna aid olan
məlumatın yayımlanmasında cəmlənmişdir.
b) Fransa
Üzvlüyün təyini
Almaniyanın palatalar haqqındakı qanunvericiliyinə fransız
modeli güclü təsir göstərir, onların çoxlu ümumi xassəsi var. Almaniya
nümunəsində olduğu kimi, fransız ticarət-sənaye palatalarında da üzvlük,
ticarət registrində sadalanan bütün işgüzar müəssisələr üçün icbaridir. Bu
registrdə sənaye, kommersiya və peşəkar sektorların müəssisələri vardır.
Kənd təsərrüfatı və kiçik sahibkarlıq kimi digər sektorların başqa
palataları (birləşməyi tələb edən) vardır.
Regional quruluş
Fransız palataları üçpilləli quruluşa malikdir. 162 yerli
ticarət-sənaye palatası mövcuddur ki, onlardan hər biri palatalar haqqında
qanundakı tərifə uyğun müəyyən coğrafi zonanı əhatə edir. Yerli
ticarət-sənaye palatasının orta hesabla 10.500 üzvü var. Bu yerli palatalar
regional səviyyədə 21 regional palata ilə təmsil olunub. Nəhayət, həm yerli
və həm də regional palatalar milli ali orqanın - Fransa Ticarət-Sənaye
Palataları Məclisinin üzvləridir. Almaniya ali orqanının əksinə olaraq,
Fransa milli palatası (183 palatanı və təqribən 1,7 mln. şirkəti təmsil
edən) ictimai hüquq çərçivəsində korporasiyadır.
Digər işgüzar təşkilatlar
Fransa İşverənlərinin Milli Şurası (CNPF) Fransanın ən mühüm
könüllü işgüzar təşkilatıdır. Almaniyadan fərqli olaraq CNPF həm
işəgötürənlərin təşkilatıdır və həm də peşəkar birliklərin
konfederasiyasıdır. İqtisadiyyatın bütün sektorlarındakı müəssisələrin 1,5
milyonunu təmsil edən təqribən 250 sahəvi və regional birlik şuranın
üzvüdür. Peşəkar ittifaqlarla sazişlərin bağlanmasından əlavə, CNPF öz
üzvlərinə təlimat, məlumat və məsləhət şəklində xidmətlər, eləcə də hökumət
ilə münasibətlərin qurulması üzrə xidmətləri təklif edir. Fransa palataları
ilə CNPF arasında sıx əlaqələr mövcuddur. Bir çox hallarda palataya seçilmiş
vəzifəli şəxslər CNPF-də də vəzifə tutmuş olurlar. Beləliklə də, CNPF
palataların təmin etdiyi infrastruktur və xidmətlərdən faydalanır.
Kiçik və Orta Müəssisələrin Ümumi Konfederasiyası (CGPME)
digər könüllü işgüzar təşkilatdır. Onun əsasən peşəkarlar və xidmət
sektorundan olan 820.000 üzvü vardır. Konfederasiya əsasən kiçik və orta
müəssisələrin müdafiəçisidir.
| 1 | 2 | |