top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 07 - Üçüncü sektor (us)

TİCARƏT PALATALARI

MARKUS PİLİQRİM
SEQUA, Bonn, şöbədirektoru

RALF MEYER
ZDH/Technonet Asia Partnership Programme, proqram icraçısı

Mənbə: "Məşvərət", N27, 2000


3.1.2. Anqlo-sakson modeli

a) Birləşmiş Ştatlar

Üzvlüyün təyini

Kontinental modeldən fərqli olaraq ABŞ palataları palatalar haqqındakı xüsusi qanunla tənzimlənmir. Lakin bütün palatalar təşkilatın (vergidən azad) işini idarəedən müəyyən olunmuş yerli, dövlət və federal qayda və təlimatlara riayət etməlidir. Bu qanunlara tabe olmamaq vergilər üzrə əlverişli statusun itirilməsinə gətirib çıxara bilər. Daha sonra bəzi dövlət qanun və təlimatları vardır ki, palatalar gəlirsiz təşkilat kimi tanındığı üçün onlara riayət etməlidir. Üzvlük tam könüllüdür və ayrı-ayrı palatalar üzvolmanı öz nizamnamələri ilə müəyyən edir. Ümumiyyətlə, təşkilatın mərkəzi vəzifəsində marağı olan hər bir şəxs, birlik, kooperasiya, tərəfdaşlıq və zümrə ərizə verib üzv ola bilər.

Regional quruluş

ABŞ-da hər bir şəxsin palata təsis edə bildiyi və palataların mərkəzləşdirilmiş qeydiyyatı olmadığı üçün palataların dəqiq sayı bilinmir. Lakin 1992-ci ildə hər biri öz nizamnaməsi ilə müəyyən edilmiş coğrafi ərazini əhatə edən 5.000 yerli və dövlət palatası mövcud idi. Üzvlər arasında həm üzvlük bazası və həm də coğrafi mənsubiyyət çox müxtəlifdir. Çox kiçik palatalar 100 və daha az üzvdən ibarətdir, daha iri paytaxt və dövlət palatalarının isə bir neçə min üzvü ola bilər. 5.000 mindən az üzvlü bir palatası olan kiçik şəhərlər və bir neçə palatası olan daha iri bir neçə paytaxt rayonu mövcuddur. Daha iri metropol arealları metropol palatadan başqa bir neçə ticarət palatasına malik ola bilər. Həqiqətdə isə mərkəz şəhərini əhatə edən şəhərətrafı rayonlarda çox sayda palatanın mövcudluğu ehtimal olunur. Şəhərətrafı palataların bir çoxunun güclü nüfuzu, öz hüquqları olan yüzlərcə üzvü vardır. Yerli palataların tərkibində həm ştatın palatası və həm də milli palata ola bilər. Lakin bu və ya digər palataya daxil olmağın zəruri şərtləri yoxdur. ABŞ Ticarət Palatası yerli palataların və ştat palatalarının ali təşkilatıdır. Alman və fransız milli palatalarından fərqli olaraq, ABŞ ali orqanına təkcə palatalar yox, fərdi müəssisələr və ticarət birlikləri də üzv ola bilər. ABŞ Ticarət Palatası 215.000 özəl müəssisəni, 3.000 yerli və ştat ticarət palatasını və 1.200 ticarət birliyini təmsil edir. Üzvlərin bir çoxu bilavasitə yerli və eləcə də milli palataya məxsusdur.

Digər işgüzar təşkilatlar

ABŞ-da palatalardan əlavə, biznes və sənayenin xüsusi sahələrindəki şirkətləri təmsil edən 17.000 ticarət birliyi mövcuddur. Palatalar kimi bu birliklər də könüllü üzvlüyə əsaslanır. Onlardan bir çoxu olduqca kiçikdir və onların tam iş günü işləyən işçi heyəti yoxdur. Digərlərinin dövlət, yaxud milli miqyasda üzvlüyə malik yüzlərcə üzvü var. Öz üzvlərinin istehsalatına təsir göstərə bilən birliklərin ən mühüm funksiyaları dövlət işləmələridir. Bu birliklər dövlətə sənaye üzrə rəyi təqdim edir. Bu müdafiə rolundan başqa bir çox birliklər təhsil seminarlarının keçirilməsini, nəşrləri və statistik təhlili təklif edir.

Kontinental modeldən fərqli olaraq ticarət birlikləri palataların üzvü ola bilər. Beləliklə, 1.200 peşəkar birlik ABŞ Ticarət Palatasının üzvüdür. ABŞ Ticarət Palatası və ona tabe yerli və dövlət palataları ABŞ-ın ən mühüm işgüzar qrupunu təşkil etmələrinə baxmayaraq, əhəmiyyətli digər iki milli təşkilat vardır. Sənayeçilərin Milli Assosiasiyası (NAM) ölkədəki istehsalın təqribən 75%-ni təmin edən iri sənayeçilərin əksəriyyətini təmsil edir. NAM-ın üzvlüyündə ümumən 13.000 sayda müəssisə vardır və 110 sənaye-ticarət birliyi də bu təşkilata aiddir. NAM əsasən sənayenin milli və beynəlxalq iqtisadi problemləri baxımından dövlət əlaqələrinə toxunur.

NAM iri istehsal müəssisələrini təmsil etdiyi halda, Müstəqil Biznesin Milli Federasiyası (NFIB) kiçik müəssisələri təmsil edir. NFIB-in üzvlüyündə 500.000 müstəqil işgüzar və peşəkar adam vardır. Mahiyyətcə NFIB bu bölmənin müdafiəçisidir.

b) Filippin

Regional quruluş

Filippindəki palatalar qanunla tənzimlənmir, onlar özəl korporasiyalardır. Üzvlük könüllüdür. Palataların həcmi, yaxud əhatə etdikləri ərazi üzrə qaydalar mövcud deyil. Beləliklə, ölkə ərazisində palataların paylanması müxtəlifdir. Lakin ölkə 14 rayona bölünür, palataların əksəriyyəti isə regional mərkəzlərdə və şəhər rayonlarında yerləşir. Ümumiyyətlə, 98 yerli ticarət-sənaye palatası vardır. Palatalar digər işgüzar birliklər və şirkətlər kimi Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyada qeydiyyatdadır.

Üzvlüyün təyini

Filippində palatalarda üzvlük hər palatanın nizamnaməsilə müəyyən edilir. Ümumiyyətlə, palatalar iri və kiçik bizneslə və eləcə də özəl bizneslə1 məşğul olan mütəxəssislər də daxil olmaqla bütün iqtisadi bölmələr üçün açıqdır. Palataların əksəriyyətində üzvlüyün beş növü var: daimi, institusion, təəssübkeş (yardımçı), birləşdirilmiş və fəxri. Yerli palataların üzvlərinin sayı azdır (məsələn, Naqa-sitidəki 300 üzvlü palata, yaxud Albeydəki 185 üzvlü palata). Yerli palataların əksəriyyəti 50-100 üzvdən ibarətdir və daha kiçikdir. Filippinin Ticarət-Sənaye Palatası 98 tabeli ticarət palatası, 148 sənaye və sahə birliyi, 135 birləşdirilmiş üzvü, 23 yardımçı üzvü və daimi üzvü olan 1.400-dən artıq özəl müəssisəsi ilə ölkənin ən iri palatasıdır.

Ali orqanın müstəsna rolu

Filippinin Ticarət-Sənaye Palatasının ölkənin palatalar sistemində xüsusi yeri vardır. O, iki iri palatanın: Sənaye Palatasının (PCI) və Ticarət Palatasının (CCP) birləşdirilməsi yolu ilə yaradılmışdır. O, respublika prezidentinin imzaladığı 780 saylı təlimat məktubuna uyğun olaraq, Filippin hökuməti tərəfindən özəl bölmənin bir səsi qismində tanınmışdır. PCCI bu gün iki rol oynamaqdadır. O, ölkənin ən iri palatası olaraq, müəssisələri milli miqyasda təmsil edir və Filippinin palatalar sisteminin ali orqanı kimi fəaliyyət göstərir. Kredit-Pul İdarəsi və İxracın İnkişafı üzrə Şura kimi hökumət şuralarında özəl bölmənin səsini təmsil edir. PCCI-nin “ticarət-sənaye palatası” adından istifadə olunmasına icazə vermək hüququ vardır. PCCI bəzi yerli palataları təşkil edib, yerli palataların isə əksəriyyəti (demək olar hamısı) PCCI-nin birləşdirilmiş üzvləri qismində qeydə alınıb.

Digər işgüzar təşkilatlar

Filippin palatalarından əlavə, əksəriyyəti xeyli kiçik olan bir çox peşəkar birliklər mövcuddur. Digər ölkələrdə olduğu kimi, birliklər öz uyğun sahələri adından müdafiəçi qismindən çıxış edir və məlumatı yayımlayır. Filippində peşəkar birliklərin konfederasiyası yoxdur. Lakin nisbətən iri peşəkar birliklər Filippin Ticarət-Sənaye Palatasının üzvləridir. PCCI-yə 148 birləşdirilmiş birlik daxildir.

3.1.3. Qarışıq sistemlər

a) Yaponiya

Regional quruluş

Yaponiyada palataların fəaliyyəti özəl qanun statusu çərçivəsində tənzimlənir, amma üzvlük könüllüdür. Palatalar haqqındakı qanun tələb edir ki, bir palatanın zonası digər palatanın zonası ilə kəsişməsin. Qanun hər bir rayonun palatasının yaradılmasını tələb etmir, lakin bu gün hər baş şəhərin öz palatası var. Bütün ölkə üzrə təqribən 1,4 milyon üzvü olan 496 ticarət-sənaye palatası mövcuddur2. Yerli palataların milli federasiyası Yaponiya Ticarət-Sənaye Palatası (NISSHO) ilə təmsil olunur.

Üzvlüyün müəyyən edilməsi

Palatanın fəaliyyət dairəsində olan rayonda bizneslə məşğul olan hər bir şəxs, yaxud hüquqi şəxs palataya üzv qəbul oluna bilər. Üzvlərin orta sayı təqribən 3.000 olduğu halda, Tokio və Osaka kimi daha iri şəhərlərdəki palataların 15.000 üzvü vardır. Yapon palataları ənənəvi olaraq kiçik və orta müəssisələri təmsil edir. Üzvlər öz biznes tipini təmsil edən xüsusi peşəkar seksiyalara mənsubdur.

İri müəssisələrin əlahiddə statusu

Yapon palatalarının fərqli xüsusiyyəti “əlahiddə ticarətçi və sənayeçilər”ə nəzarətdir. Bunlar palatanın fəaliyyət rayonundakı vergilərin, yaxud səhmdar kapitallarının ödənmiş hissəsinin məbləği müəyyən həddi ötüb keçmiş iri müəssisələrdir.

Bu əlahiddə ticarətçilər və sənayeçilər özlərinə uyğun palatada qeydiyyatda olmalıdır. Bu qeydiyyat üzvlük demək deyil, lakin palatada onların xüsusi statusunu təmin edir. Onlar nümayəndələrin ümumi yığıncağında səsvermə hüququna malikdir və palatanın təyin etdiyi üzvlük haqqını ödəməlidir.

Digər işgüzar təşkilatlar

Yapon palatalarından əlavə, könüllü üzvlüyə əsaslanan üç mühüm milli biznes-qrup mövcuddur. İqtisadi Təşkilatların Federasiyası (KEIDANREN) ölkənin irəlidə gedən təşkilatı sayılır. KEIDANREN istehsal və maliyyə sahələrində və beynəlxalq ticarətdə iri firmaların təmsilçisidir. KEIDANREN öz rolunu icra etdiyi zaman hökumətlə rəsmi və qeyri-rəsmi çox sıx əlaqələr saxlayır. Yaponiya Bank İşi Assosiasiyası, Yaponiya Qara Metallar Federasiyası və Yaponiya Avtomobilqayıranlar Assosiasiyası kimi ölkənin əsas peşəkar birlikləri onun üzvüdür. Digər üzvləri Yaponiyanın 1.000 ən iri özəl korporasiyası və əksəriyyəti tanınmış biznes rəhbərləri, yaxud iqtisadi təşkilatların yüksək ranqlı qulluqçuları olan ayrı-ayrı şəxslərin kiçik qrupudur.

Yaponiya İşverənlər Assosiasiyaları Federasiyası (NIKKEIREN) əmək münasibətləri və əmək haqqı məsələləri üzrə həm xırda və həm də iri işəgötürənlərin tərəfindən çıxış edir. NIKKEIREN təqribən 54 sahə və regional işverənlər assosiasiyasını təmsil edir. Üçüncü təşkilat İqtisadi İnkişaf üzrə Yaponiya Komitəsidir (KEIZAI DOYUKAI). O, mahiyyətcə müzakirələrin keçirilməsi üzrə biznesmenlər iclasıdır və daha çox hüquq-mühafizə təşkilatı yox, əsas tədqiqatın sponsorudur. Komitə təqribən 30 sahədə təşkil olunmuş biznes üzrə 1.500 rəhbərdən ibarətdir.

b) Tailand

Regional quruluş

Tailanddakı palataların ictimai hüquq statusu var, “palata”  adı isə qorunur. Palatalar haqqındakı qanun hər əyalətdə yalnız bir palatanın və yalnız bir milli palatanın olmasını reqlamentləşdirir. Lakin palatalara üzvlük könüllüdür və qanun yeni palataların yaradılmasına icazə vermir.

Ali orqanın rolu

Bütün əyalət palataları ikili rol icra edən Tay Ticarət Palatasının üzvü olmalıdır. O həm əyalət palatalarının milli ali təşkilatıdır, həm də Banqkok paytaxt vilayətinin regional palatasıdır. Buna görə də ayrı-ayrı müəssisələr Tay Ticarət Palatasının üzvülüyünə seçilə bilər. Ölkənin 1.300-dən çox ayrı-ayrı üzvün daxil olduğu ən iri palatasıdır.

Palataların sayının əhəmiyyətli dərəcədə artması

Tailandda 1980-ci illərdə əyalət palatalarının sayının sürətlə artması inkişafın əlamətdar nümunəsidir. 1981-ci ildə altı əyalət palatası olduğu halda, 1983-cü ildə palataların sayı 28-ə çatmışdı. Artıq 1987-ci ildə ölkənin 72 əyalətinin hamısında palatalar vardı. Hökumətin 1981-ci ildə hər bir əyalətdə Birləşmiş İctimai-Özəl Məsləhət Komitəsi (JPPCC) yaratmaq təşəbbüsü bu artımın əsas səbəbidir. Hökumət ilə işgüzar dialoqun təmin edilməsi bu komitələrin başlıca vəzifəsidir. Palataların komitələrdə yerləşdirilməsinə zəmanət verildiyinə görə əyalət biznesi üçün palatanın təsis edilməsi üzrə çox güclü stimul var. Bundan əlavə, palataların təsis edilməsi Tay Ticarət Palatası və eləcə də əyalət hökumətləri tərəfindən dəstəklənmişdir.

Digər işgüzar cəmiyyətlər

Tailandda təqribən 180 ticarət assosiasiyası var. Bu assosiasiyaların çox hissəsi hələ də ictimai klublar, yaxud fəaliyyətləri yüksək rifahın nail olunmasına istiqamətlənmiş sahələr kimi işləyir. Onların təqribən ancaq üçdə birinə öz sektorlarının hüquqlarının fəal müdafiəçisi kimi baxmaq olar. Tay Sənaye Federasiyası (FTI) əhəmiyyətli və nüfuzlu assosiasiyadır. FTI Tay Ticarət Palatasından əlavə JPPCC-nin ticarət və sənayedən olan yeganə üzvüdür. FTI-nin 1.400 üzvü vardır, sənaye bölməsindən olan iri müəssisələrin əksəriyyəti onun üzvüdür. FTI 1988-ci ildə hökumətin dekreti ilə sənayenin bütün özəl bölməsinin rəsmi təmsilçisi qismində tanınmışdır. Palatalar və ticarət assosiasiyalarından başqa, əmək məsələləri ilə məşğul olan işverənlərin xüsusi assosiasiyaları da mövcuddur. Onlar əmək münasibətləri haqqındakı yeni qanuna cavab olaraq 1975-ci ildən meydana gəlib. İşverənlər Konfederasiyası onların ali orqanıdır, lakin o, fəaliyyətdə olan mühüm orqan deyil və JPPCC-yə daxildir.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft