top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 17 - Xarici siyasət (xs)

QAZAXISTAN: XƏZƏRDƏ ƏN ETİBARLI TƏRƏFDAŞ

RASİM MUSABƏYOV, FƏXRİ ABBASOV

Mənbə: "Məşvərət", N24, 1999


Dünyada öz mövqeyini tutması

Qazaxıstan tutduğu əraziyə görə dünyanın əvvəlinci on ölkəsinin sırasına daxildir, əhalisinin sayına görə isə Mərkəzi Asiyada ən iri ölkədir. Ölkə iri təbii ehtiyatlara malikdir. Uinston Çörçillin dili ilə desək, Qazaxıstan Rusiya üçün "yumşaq qarınaltlığı"dır. Onunla və eləcə də Çin və Özbəkistan ilə münasibətlər Mərkəzi Asiya geosiyasətinin əsas amilləridir. Buna görə də Qazaxıstanın beynəlxalq səhnədə yeni oyunçu olmasına baxmayaraq ona ABŞ, Yaponiya, Almaniya və digər yaxın və uzaq dövlətlər tərəfindən böyük diqqət ayrılır.

Qazax dövlətçiliyinin bərpası olduqca mürəkkəb şaraitdə keçmişdir. Respublikanın bütövlüyünü qoruyub saxlamaq zəruri idi. Yada salaq ki, bəzi rus siyasətçiləri və o cümlədən elə "demokratik" adlanan düşərgədən olanlar da açıq-aşkar bir sıra əyalətlərin ayrılmasına və hətta qazax dövlətçiliyinin ləğvinə çağırırdılar. Qazaxıstana ərazi məsələləri miras qalmışdı. Onlardan bəzilərini, məsələn, Çin ilə olanı mübahisəli torpaqların böyük bir hissəsinin güzəştə gedilməsi sayəsində aradan qaldırmaq mümgün olmuşdu. Digərləri isə (ilk növbədə Özbəkistanla) tənzimlənməmiş qalır və hər bir anda regiondakı durumu ciddi mürəkkəbləşdirə bilər. Sovet zamanından qalmış Semipalatinsk nüvə poliqonunun (indi bağlıdır), bir neçə yüz raket-nüvə silahı vahidinin, Baykonur kosmodromunun Qazaxıstanın ərazisində mövcud olması çoxlu əlavə problemlər doğurmuşdur. Qazaxıstan dəhşətli nüvə silahını öz ərazisindən çıxarmaqla əvəzində ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və sonradan Çin tərəfindən təhlükəsizlik zəmanətlərini almışdır.

Qazaxıstan polietnik və çox konfessionallı (təriqətli) dövlətdir. Bu respublika uzun müddət keçmiş SSRİ-nin aqrar-xammal əlavəsi olmuşdur. Bu isə birtərəfli infrastrukturun yaranmasına, ciddi ekoloji fəlakətlərə və demoqrafik siyasətdə əyintilərə gətirib çıxarmışdı. Uzun illər qazax dilinin tətbiq dairəsinin süni surətdə daraldılması siyasəti aparılmışdır. Müstəqillik qazanıldıqdan sonra ölkədə bazar islahatları sürətlə həyata keçirilir. Rusiya iqtisadiyyatına olan sıx bağlılıq aradan qaldırılıb. Milli pul vahidi nisbətən sabitdir, ölkədə mühüm qızıl-valyuta ehtiyatları yığılmışdır. Mal və xidmət bazarı artıqlaması ilə təmin olunmuşdur. Qazaxıstan əhalisinin hər adambaşına olan xarici investisiyaların səviyyəsinə və milli gəlirə (ildə 1700$) görə MDB əlkələri arasında birinci yeri tutur. Kənd təsərrüfatı məhsulları ilə özünü təmin etməyin yüksək səviyyəsi saxlanılmışdır. İqtisadi çətinliklərə baxmayaraq, bu yaxın vaxtlarda paytaxtın Almatıdan Astanaya (keçmiş Selinoqrad) strateji əhəmiyyətli keçidi həyata keçirilmişdir. Qazaxıstan rəhbərliyi çox məhdud müdafiə potensialına malik olduqu üçün milli təhlükəsizliyin təminatında diplomatiyaya böyük əhəmiyyət verir. Ölkənin silahlı qüvvələri əvvəllər ancaq peşəkarlardan ibarət olan və tam komplektləşməmiş keçmiş 40-cı sovet ordusunun əsasında təşkil edilib. Qazaxıstanın azsaylı hərbi qüvvələri qonşu Tacikistanın ərazisində sülhməramlı əməliyyatlarda az müddətdə iştirak etdikdən sonra geriyə vətənə çağırılmışdır. Qazaxıstan Xəzərdə öz sərhəd qüvvələrini qoruqçu gəmilərdən təşkil edir, quru sərhədlərinin mühafizəsini isə Rusiya ilə birlikdə həyata keçirir.

Bizi bağlayan təkçə türk qanı deyil, həm də neftdir

Qazaxıstan Azərbaycanla Xəzərboyu sərhəddədir. Dövlətlərarası münasibətlərin səmimi xarakterli olmasını məmnuniyyətlə qeyd etmək olar. Yüksək səviyyədə qarşılıqlı təşriflər olunmuşdur. Müvafiq paytaxtlarda səfirliklər açılmışdır. Hələlik həcmi az olan ticarət inkişaf etməkdədir. Hələlik qarşılıqlı əməkdaşlığın əsas sahələri karbohidrogen xammalının çıxarılması və Avropa bazarlarına nəqli, eləcə də MDB çərçivəsi və türk dövlətləri sammiti ilə məhdudlaşır. Bakını Qazaxıstanın Aktau limanı ilə birləşdirən bərə keçidinin açılması və eləcə də TRASEKA layihəsinin gerçəkləşdirilməsi yaxın gələcəkdə hər iki dövlət arasındakı əməkdaşlığı keyfiyyətcə digər səviyyəyə qaldıra bilər.

Siyasi planda hər iki dövlət qarşılıqlı yardıma arxayın ola bilər. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Yeltsin-Nazarbayev təşəbbüsünü yada salmaq olar. DQMV-də nəzarət və vasitəçilik missiyasını həyata keçirərkən ermənilərin vurduğu vertolyotda Qazaxıstan DİN-nin yüksək rütbəli əməkdaşlarının Azərbaycanın dövlət xadimləri ilə birlikdə faciəli surətdə məhv olduqlarını yaddan çıxarmağa haqqımız yoxdur.

Məqalə müəllifinə Azərbaycan Respublikası prezidentinin müşaviri işlədiyi müddətdə MDB-nin sammitlərində iştirak etmək və ölkəmizin ağır anlarında Qazaxıstan rəhbərlərinin həmrəycəsinə davranışlarını müşahidə etmək nəsib olmuşdur. Qazaxıstan GUÖAM-a daxil olan ölkələrdən fərqli olaraq MDB-də inteqrasiya proseslərinnn dərinləşməsinin lehinə olsa da (yada salıram ki, Nazarbayev Avrasiya İttifaqı layihəsinin müəllifidir ), Rusiya ilə gömrük ittifaqına daxil olsa da və s., buna baxmayaraq o, şimal qonşusunun hegemonluq iddialarına nəzakətli, ancaq qəti rədd cavabı verir. Türk dövlətlərinin inteqrasiyasına gəlincə isə bu məsələdə Qazaxıstan lideri iqtisadi və mədəni əməkdaşlığa üstünlük verərək bir az soyuqqanlılıq göstərir. Müstəqillik əldə etdikdən sonra Türkiyə ilə vahid latın əlifbasına keçmiş Azərbaycan, Türkmənistan və Özbəkistandan fərqli olaraq Qazaxıstanın Qırğızıstanla birlikdə kiril əlifbasını saxlaması əyani faktdır. Görünür, rusdilli icmanın digər türk ölkələrinkilərdən daha çoxsaylı olduğu bu ölkələrin rəhbərləri həmin icmalarda-kı ab-hava ilə hesablaşmağa məcburdurlar.

Fəqət Azərbaycanla Qazaxıstanın hər ikisinin karbohidrogen bazarında mühüm oyunçular olmaq meylləri onların yaxınlaşmasına hər şeydən çox yardım edir. İndiki zamanda Qazaxıstan kəşf olunmuş neft və qaz ehtiyatlarına görə dünyada 13-cü yeri tutur. 1997-ci il durumuna görə onun neftinin balans ehtiyatları 3 mlrd. tondan çoxdur (qaz kondensatı da daxil olmaqla), təbii qazınınkı isə 2 trln. kub m.-ə yaxındır. Qazma üçün hazırlanmış strukturlarda olan karbohidrokenlərin perspektiv ehtiyatları 3-5 dəfə çox qiymətləndirilir. Onların əsas hissəsi Embin və Manqışlaq həvzələrinin, eləcə də Xəzəryanı şelfin yataqlarında yerləşir. Bu şelf dənizətrafı dövlətlər arasında hamısınkından iridir və 100 min kv.m. sahədə yerləşir. Öncəgörmələrə görə, burada bol neft və qaz ehtiyatları mövcuddur.

Xəzərin bölgüsü məsələsində dövlətlərimiz əlaqəli çıxış edir və onun şelfinin BMT-nin dəniz hüququ üzrə konvensiyasına uyğun olaraq milli sektorlara bəlünməsində israrlıdır. Keçən il Nazarbayev bəzi güzəştlər sayəsində Yeltsini kompromisə sövq etməyi və spektral bölkü prnnsipi üzrə Qazaxıstan və Rusiya şelflərinin sərhədləşdirilməsini həyata keçirməyi bacarmışdı. Bu isə Azərbaycan tərəfinin lap əvvəlcədən müdafiə etdiyi parametrlərə olduqca yaxın olan parametrlər dairəsində yekun qərarın çıxarılması şansını artırır. Satış bazarındakı rəqabət hər iki dövlətin neft sahəsindəki əməkdaşlığına maneə olmamalıdır. Belə ki, Qazaxıstanda Çin çox fəaldır və deməli, burada istehsal olunan karbohidroken xammalının əsas axını cənub-şərq istiqamətində olacaqdır. Halbuki Azərbaycan nefti əsasən Qərbə yönələcəkdir. Fəqət hal-hazırda Azərbaycan ərazisinlən Qazaxıstan neftinin Batum limanına kombinasiyalı nəqli həyata keçirilir. Bakının neft-maşınqayırma müəssisələrinə Qazaxıstan sifarişləri gözlənilir. Bu isə onları həyata qaytara bilər. Qazaxıstan neftinin daşınması bizim tanker donanmamızı işlə təmin etmişdir və s. Bütün bunlar, şübhəsiz ki, hər iki tərəfə sərfəlidir.

Dvxili siyasi durum və perspektivlər

Bütün bu illər ərzində Qazaxıstanın dəyişməz prezidenti Nursultan Nazarbayevə ölkədə siyasi sabitliyi, millətlərarası barışığı və vətəndaş sülhünü qoruyub saxlamaq müyəssər olub. Qazax liderinin məqsəd aydınlıqı və mətanətli xasiyyəti ölkə daxilində ona böyük nüfuz kətirmişdir, təmkinliliyi və praqmatizmi isə dünyada tanınmasınavə hörmət qazanmasına səbəb olmuşdur. Siyasi sistemə gəldikdə isə. o, kifayət qədər inkişaf etməmişdir. Ölkədə yuxarıların göstərişi ilə yaradılmış "Otan" (Vətən), Və-təndaş Partiyası, Dirçəliş Partiyası və s. bu kimi iqtidaryənlü partiyalar qrupu mövcuddur. Kommunist Partiyası, "Azamat" və s. bu kimi sistemə əks partiya və hərəkatlar ikinci qrupu təşkil edir. Mşşi Konqres Partiyası (lideri Oljas Süleymenovdur) və sabiq baş nazir Akican Kajigeldinin yaratdığı Respublikaçı-Xalqçı Partiyası bir qədər ayrıca kənar mövqedədir. Fəqət hökumətin hər addımbaşı tərətdiyi maneələr partiyalara tam qüvvə ilə işləməyə və cəmiyyətə öz həqiqi potensiallarını nümayiş etdirməyə imkan vermir. Təşkilati və maddi zəiflik, ideoloji profilin qeyri- səlistliyi, sosial baza ilə qeyri- möhkəm əlaqələr və onu səfərbər etmək qüdrətinin olmaması Qazaxıstan partiyalarının əksəriyyətinə xas olan xüsusiyyətdir.

Qazaxıstanda bərqərar olmuş siyasi rejim üçün əsasən qanunveriçilik və məhkəmə qolları üzərində icra hakimiyyətinin (onu şəxsən prezident Nazarbayev formalaşdırır) hökmranlığında özünü büruzə verən avtoritarizmin yüksək dərəcəsi səciyyəvidir. Nazarbayev ən böyük təhlükəni şəxsən Kajigeldində görür və buna görə də onu qışda keçirilmiş prezident seçkisində iştirak etməkdən kobud şəkildə kənarlaşdırdılar. Hökumətin əldəqayırma namizədləri yalanbaşdan mübarizə edirdilər. Elə gözlənildiyi kimi də, fəaliyyətdə olan prezident böyük üstünlüklə qalib kəldi.

1999-cu ilin payızında vaxtından əvvəl parlament seçkiləri keçirildi. Partiyalar üçün Qazaxıstanın qanunvericiliyi Azərbaycanda olandan da sərtdir. Məclis deputatlarının ümumi 77 sayından partiya siyahısı üzrə olan namizədlərə ancaq 10 yer ayrılmışdı. Seçkilərin nəticələrinə görə (ATƏT müşahidəçilərinin ümumi rəyi mənfidir) "Otan" partiyası 4 mandat (səslərin 31%-i) almışdı. QVP (12,2%), aqrarçılar (12,6%) və kommunistlər (17,6%) hər biri 2 yer qazanmışdı. Qalan 5 partiya ("Azamat", "Alaş", Əmək Partiyası, Dirçəliş Partiyası, Qazaxıstan Xalq Konqresi) 7 faizlik həddini keçə bilməmişdi. Birmandatlı dairələr üzrə əksərən iqtidaryönlü namizədlərin keçdiyi nəzərə alınarsa Nursultan Nazarbayev tam idarə olunan parlament əldə etmişdir.

Qazaxıstanda siyasi həyatı xarici, yalançı demokratiya fasadı arxasında tayfalar (yaşlı, orta və kiçik juzların nümayəndələri) arasında olan mübarizə müəyyən edir. Tanış vəziyyət prezident Nazarbayevin yaxın ətrafında qohumlarının yerləşdirilməsində də müşahidə olunur. Belə ki, neçə illər ərzində dövlətdə ikinci vəzifə olan, dövlət katibi vəzifəsini bu yaxınlarda Avstriyaya səfir kəndərilmiş Sa-kinbek Tursunov (N.Nazarbayevin bacanağı) tuturdu. Onu bu vəzifədə Əhmədcan Yesimov (Nazarbayevin bacısı oğlu) əvəz etdi. Yeni Konstitusiya qəbul olunduqdan sonra o, baş nazirin 1-ci müavini və eyni zamanda İnvestisiyalar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə keçirilmişdir. Onun nəhəng idarəsinin departamentlərinin birinin direktoru vəzifəsinə tikinti nazirinin oğlu və prezidentin ortancıl qızı Dinara Nazarbayevanın əri T.Quluyev təyin edilmişdir. Təsisçiləri arasında sabiq səhiyyə nazirinin oğlu və Nazarbayevin böyük qızı Dariqanın əri R.Əliyevin də olduğu Qazaxıstan Hollandiya AVN Bankı axır zamanlarda ağzını neft qazanına çox fəal dayamışdır. Qazaxıstan hökumətinin Kajıgeldinə qarşı dövlət vəsaitini mənimsəməsi ittihamları ilə əlaqədar olaraq İnterpol və İsveçrə hüquq-mühafizə orqanlarının başladığı təhqiqat zamanı 80 milyon dollar yerləşdirilmiş hesabın Nazarbayevin adına olduğu aşkar edildikdən sonra böyük qalmaqal qopmuşdur. Körünür, korrupsiya qalmaqalları bu ölkədə belə tezliklə qurtarmayacaqdır.

Məqaləni yekunlaşdıraraq qeyd edək ki, şərqi postsovet dövlətlərinə məxsus olan bütün çatışmazlıqlarla eyni zamanda Qazaxıstanda leqal müxalifət, nisbətən müstəqil mətbuat mövcuddur və demokratik inkişafın perspektivləri saxlanılır. Azərbaycan və Qazaxıstanın bir-birinə zidd olan maraqları yoxdur və mədəni-tarixi köklərinin ümumiliyini nəzərə alaraq siyasi, həm də mədəni və iqtisadi sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etməyə çoxlu əsaslar vardır. Hər iki dövlətin Xəzərdə daha etibarlı və yaxın tərəfdaşı nə indi, nə də yaxın kələcəkdə yoxdur.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft