top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 09 - Yerli hakimiyyət (yh)

"BƏLƏDİYYƏ ORQANLARINA SEÇKİLƏR HAQQINDA"
AXCP tərəfindən hazırlanmış qanun layihəsi

ƏLİMƏMMƏD NURİYEV
A
XCP huquq komissiyasının sədri

Mənbə: "Məşvərət", N3-4, 1997


Ölkəmizdz qanunvericilik təşəbbüsü hüququna siyasi partiyalar da malikdir. Bülletenimizin oxucularını siyasi partiyalarda hazırlanmış qanun layihələri ilə də tanış etməyi nəzərdə tuturuq. Öz partiyalarındakı qanun yaradıcılığı işi haqqında yazan Milli Məclis üzvləri olarsa, onlara indidən minnətdarlığımızı bildiririk.

Bu materialları parlamentin bir çox üzvlərinə tanış alan "Partiya həyatı rubrikası altında dərc edəcəyik.

Bu qanun layihəsi 5 bölmədən və 74 maddədən ibarətdir. Qanun layihəsinə görə, bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə uyğun olaraq keçirilir.

Layihədə seçkilərin keçirildiyi bələdiyyə orqanı "Bələdiyyə məclisi" adlanır. Bələdiyyə məclisi üzvlərinin say tərkibi ərazidəki seçicilərin sayına uyğun müəyyən edilir. Burada seçicilərin sayının yuxarı həddi 500.000 nəfərdən çox, aşağı həddi isə 200 nəfərədək götürülür. Bələdiyyə məclisinin say tərkibi də buna uyğun olaraq yuxarı hədd 91, aşağı hədd isə 7 nəfər müəyyən edilir. Bələdiyyə məclisi üzvlərinin səlahiyyət müddəti 5 ildir.

Layihəyə görə, seçkilər günü 18 yaşı tamam olmuş və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının Bələdiyyə məclisinə seçmək və seçilmək hüququ vardır. Layihədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müəyyən qrup şəxslərin bələdiyyələrə seçilməsinə məhdudiyyətlər qoyulur. Qanun layihəsində göstərilir ki, bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir. Seçkilər majoritar və proporsional seçki sistemləri əsasında keçirilir və bu sistemlər arasında nisbət yarıbayarı müəyyən edilir.

Layihədə seçkiləri təşkil edən və keçirən orqanlar aşağıdakılardan ibarətdir:

1. Mərkəzi Seçki Komissiyası;

2. Ərazi seçki komissiyaları;

3. Dairə seçki komissiyaları.

Burada seçkilərin yerli özünüidarəetmə orqanlarına keçirilməsi əsas götürülərək səlahiyyətlərin böyük hissəsi ərazi seçki komissiyalarına (ƏSK) verilir. ƏSK yerli özünüidarəetmə orqanları tərəfindən təşkil edilir. Həmin ərazidə müvafiq komissiyaların təşkili isə ƏSK tərəfindən həyata keçirilir.

Bütün seçki komissiyaları bərabər əsaslarla seçkilərdə iştirak edən siyasi partiyaların və bitərəf şəxslərin nümayəndələrindən və seçicilərin sayına uyğun təşkil edilir. Komissiyaların sədr və katibləri onun ilk iclasında seçilir.

Qanun layihəsinə görə, müvafiq seçki dairəsinin azı 2%-i yazılı şəkildə Azərbaycan Respublikasının vətəndaşına tərəfdar çıxarsa, o, birmandatlı seçki dairəsi üzrə qanunla nəzərdə tutulmuş qadağan və məhdudiyyətlər nəzərə alınmaqla öz namizədliyini irəli sürə bilər. Siyasi partiyalar isə seçkilərdə iştirak etmək üçün ərazi seçki komissiyasının əhatə etdiyi ərazi üzrə azı 2% seçicinin razılıq imzasını topladıqda həm birmandatlı, həm də çoxmandatlı seçki dairələri üzrə namizəd göstərə bilərlər. Seçici imzalarının toplanması seçki gününə 55 gün qalmış başlanır və 30 gün qalmış qurtarır.

Layihəyə görə, müvafiq ərazi üzrə seçki bildiriş sənədləri siyasi partiyanın həmin ərazidəki yerli təşkilatı tərəfindən ərazi seçki komissiyasına təqdim edilir.

Layihədə Bələdiyyə məclisinə namizəd göstərilmiş şəxsin namizədlik müddətində toxunulmazlığına təminat verilir. Namizədlərin seçkiqabağı təşviqatı üçün tam demokratik şərait nəzərdə tutulur. Burada həmçinin müşahidəçi və vəkillərin hüquq və vəzifələri də geniş təsbit olunmuş və kütləvi informasiya vasitələri nümayəndələrinə seçkilərin gedişini obyektiv işıqlandırmaq üçün real hüquqi təminatlar da öz əksini tapmışdır. Layihədə seçki komissiyalarının qanunsuz hərəkətlərindən müvafiq instansiyalara, sonda isə rayon (şəhər) xalq məhkəmələrinə şikayətlərin verilməsi və ümumiyyətlə, qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.

Qanun layihəsinə görə, səsvermə saat 8.00-da başlanır və 20.00-da başa çatır. Səsvermə zamanı və seçkilərin nəticələri müəyyən edilərkən müşahidəçi və vəkillərin iştirakı təmin olunur. Layihədə həm birmandatlı, həm də çoxmandatlı seçki dairələrində seçkilərin baş tutması üçün yetərsay 30% müəyyən edilib. Birmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun lehinə səs verdiyi namizəd seçilmiş sayılır.

Çoxmandatlı seçki dairələri üzrə seçkilərdə siyasi partiya o halda Bələdiyyə məclisi üzvünün mandatını ala bilər ki, seçkilərdə iştirak etmiş seçicilərin 4%-i onun təqdim etdiyi namizədlər siyahısının lehinə səs vermiş olsun.

Qanun layihəsinə görə, seçkilər baş tutmadıqda və ya seçki dairəsi üzrə namizəd göstərilmiş şəxs tələb olunan sayda seçicinin səsini toplaya bilmədikdə, həmin dairələrdə təkrar səsvermə və ya təkrar seçkilər keçirilir. Seçkilərin nəticələri seçkilərdən sonra 5 gündən gec olmayaraq ƏSK tərəfindən elan edilir. Seçkilərin nəticələri elan ediddikdən sonra isə 3 gün müddətinə ərazi və dairə seçki komissiyaları Bələdiyyə məclisinin üzvü seçilmiş şəxslərə müvafiq formada vəsiqə verir.

Layihədə göstərilir ki, əgər seçkilərin gedişində seçki sənədləri saxtalaşdırılmışsa, yaxud seçkilərin günlərinə ciddi təsir göstərən digər qanunsuz hərəkətlərə yol verilmişsə, seçkilər etibarsız sayılır. Bu hüquqi sənəddə Bələdiyyə məclisi üzvü mandatından məhrum olmaya səbəb olan hallar da göstərilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:

1. seçkilər zamanı səslərin düzgün hesablanmadığının aşkar olunması; -

2. Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq və ya başqa dövlətin vətəndaşlığını qəbul etmək;

3. cinayət tərətmək və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmaq;

4. özünün imtina etməsi.

Mandatdan məhrumetmə haqqında qərar baş vermiş hala uyğun olaraq müvafiq orqanın təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Nəhayət, qanun layihəsinin "Keçid müddəaları"nın tələblərinə görə, yerli özünüidarə orqanı formalaşdırılanadək ƏSK-ları MSK tərəfindən təşkil edilir. Qanunun seçki girovu ilə bağlı müddəaları isə bələdiyyələrə ilk seçkilər zamaiı tətbiq edilir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft